PROF-CMS ver 6.2

Biz öz kontent idarəetmə sistemi – “PROF-CMS” - əsasında sayt və layihələr hazırlayırıq.

Sistemin cari versiyası geniş funksional, yüksək təhlükəsizlik səviyyəsi, intuitiv-anlaşılan və rahat interfeyslə fərqlənir.

MALİYYƏ MONİTORİNQİ XİDMƏTİ ÜÇÜN ELEKTRON TƏHSİL PLATFORMASI VƏ RƏSMİ SAYT

Tədris idarəetmə sistemi qismində sifarişçinin tələbi ilə tamamlanmış və Azərbaycan dilinə uyğunlaşmış LMS Inquisiq R4 istifadə olunmuşdur. Bundan əlavə, şirkətimiz interaktiv dərslər, təqdimatlar, testlər və kvizlərin yaradılmasına dair xidmət göstərmişdir.

Hal-hazırda, Professional IT şirkəti, Maliyyə Monitorinqi Xidməti üçün rəsmi veb sayt və Elektron Təhsil Platformasının ikinci versiyasını hazırlayır.

BP Azerbaİjan şİrkətİ üçün sorğuların avtomatİk yaradılması və göndərİlməsİ üzrə İntranet proqram

Proqram - işçilərin məktub sorğularının yaradılması, göndərilməsi və şirkətin HR şöbəsi tərəfindən baxılması prosesini tam avtomatlaşdırmışdır. Eyni zamanda şirkətin işçiləri sorğuların cari statusunu onlayn rejimdə izləmək imkanı əldə etmişdirlər.

Proqram həmçinin, müştərinin daxili sistem ilə inteqrasiyası nəticəsində sorğular yaradılan zaman məlumatların bir hissəsinin avtomatik olaraq əlavə olunmasını təmin edir.

"İçərİşəhər" Dövlət Tarİx-Memarlıq Qoruğu. Kommunal xİdmətlərİn onlayn ödəməsİ

Hazırlanmış billinq-sistem "İçərişəhər" sakinlərinə kommunal xidmətlər üzrə borcları yoxlamaq və onları ödəmək imkanı yaradır. Həmçinin sistemin köməyi ilə avtomobilə dair icazə vərəqələrin yaradılması üçün ərizə vermək olar.

Kermur vəkİl bürosu üçün onlayn hüquqİ məsləhətlər sİstemİ

Bizim proqramçı komandamız sifarişçi ilə sıx əməkdaşlıqda olaraq, ödənişli hüquqi məsləhətlərin onlayn rejimdə həyata keçirilməsi üçün əlverişli platforma yaratmışdır.

Rahat billinq-sistem, optimallaşdırılmış interfeys və inteqrasiya edilmiş ödəniş sisteminə malik olan bu proqram - uzaq məsafədə yerləşən müştərilərlə işləmək üçün güclü vasitə və yeni müştəriləri cəlb etmək üçün etibarlı mənbədir.

GLOBAL TRADE FURNITURE (BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ) ÜÇÜN AVTOMATİK TƏQDİMATLARIN YARADILMASI ÜZRƏ PROQRAM

Müştərilərin daxil olduğu ümumi sistemi ilə inteqrasiya olunmuş proqram - məhsullar və müştərilər üçün kommersiya təklifləri haqqında məlumat tərkibli təqdimatın yaradılması prosesini tamamilə avtomatlaşdırmağa imkan vermişdir.

Xidmətin köməyi ilə foto və video məzmunu ilə işləmək, qiymətləri təyin etmək, müəyyən müştəri qrupları üçün endirim və bonusları hesablamaq, yaradılmış təqdimat və təkliflərin tarixini saxlamaq mümkündür.

HED Academy. Daxİlİ İstİfadə məlumatlarının toplanması və İşlənməsİ sİstemİ

Biz sürücülük kursu iştirakçılarının məlumatlarının qeydə alınması və saxlanılması üzrə cross platform həllini həyata keçirmişik. Sistemin geniş funksionallığı və quraşdırılmış müxtəlif modulları var, məsələn, mühasibat modulu və sertifikatın verilməsi modulu.

THE DOCUMENT CENTRE

Rəsmi veb-sayt.

Xerotek LLC

Xerotek şirkətinin - Xerox korporasiyasının Azərbaycandakı rəsmi tərəfdaşının saytı.

Amazoncomp

Kompyuter, mobil cihaz, audio və video sistemləri, məxaric materialları və ehtiyat hissələrinin pərakəndə satışı üzrə ixtisaslaşan internet-mağaza.

Delloro

“Dell′oro” şirkəti - Azərbaycanda geniş mebel salonları şəbəkəsinə malik olan ən böyük mebel istehsalçılarından biridir.

Bakı şəhərİnİn ümumtəhsİl məktəblərİn saytları

Bizim şirkət Bakı şəhərinin bütün ümumtəhsil məktəbləri üçün 300-dən çox saytı işləyib standartlaşdırıb. Saytlar «PROF-CMS 4.0» kontentinin çoxfunksiyalı idarəetmə sistemi bazasında yaradılıb və idarə olunur.

ProMix

Promix şirkəti Sony Professional Solutions, Avid, ARRI Lighting, Genelec, Rohde & Schwarz DVS GmbH, Canon Broadcast-ın Azərbaycandakı rəsmi nümayəndəsidir.

Tami Eho

Çexiya Respublikasında yerləşən konsaltinq və auditor şirkətinin saytı.

Alimok.com

Alimok uşaq portalı - Professional IT şirkətinin layihəsidir. İxtisaslaşmış mütəxəssilərin: proqramistlərin, müəllimlərin, metodistlərin, psixoloqların və dizaynerlərin iki illik işinin nəticəsidir. Layihəmizin tədris proqramı, 3-10 yaşlı uşaqlar üçün 12.000-dən çox öyrədici və inkişaf etdirici tapşırıqları özündə cəmləmişdir.

Bakı şəhərİnİn məktəb və lİseylərİnİn bİrİncİ sİnfİnə şagİrd qəbulu

"Professional IT" şirkəti daha bir dövlət əhəmiyyətli layihəni uğurla həyata keçirdi. Bizim mütəxəssislər məktəblilərin mürəkkəb və çoxmərhələli qəbul prosesini onlayn rejimə keçirməyə imkan verən unikal həll yolunu tapdılar.

Sistemin xidmətindən 3 il ərzində 200 000-dən çox Azərbaycan və digər ölkələrin vətəndaşı faydalanmışdır.

SAHİBKARLIĞIN İNKİŞAFI FONDU

Layihənin əsas məqsədi, zəmanətli kreditlərin uçotu proqramının, faiz subsidiyalarının sistemləşdirilməsi, həmçinin banklarda krediti olan sahibkarlara ayrılan pulların sistemləşdirilməsi və bu prosesin həyata keçirilməsindən ibarətdir.

navigator.az

Şirkətimiz tərəfindən layihəyə tam texniki dəstək göstərilmişdir. Bu müddət ərzində biz çoxlu sayda servis və modul hazırlamışıq, eləcə də portalın back-end tərəfini optimallaşdırmışıq.

QƏBUL PORTALI

"Professional IT" şirkətinin qarşısına görüşlərin nəticələrini izləmək, vətəndaşların yekun və prosesdən məmnunluq dərəcəsini müəyyən etmək imkanı ilə vətəndaşların Təhsil Nazirliyinin tabeçiliyində olan müəssisələrə mərkəzləşdirilmiş və müasir qəbul sisteminin yaradılmasına dair maraqlı və mürəkkəb vəzifə qoyulmuşdu.

Formag Forwarding

FORMAG FORWARDING (UKRAYNA) YÜK MAŞINLARININ ONLAYN SİFARİŞİ ÜÇÜN MOBİL PROQRAM TƏMİNATI VƏ İDARƏTMƏ PANELİ

“Formag Forwarding şirkəti” şirkəti ilə - menecerlərin və sürücülərin arasında birbaşa danışıqların aparılması, Google maps servisi vasitəsilə canlı yayımda yüklərin izlənməsi, sms notifikasiya sisteminin qoşulması kimi funksiyaların həyata keçirilməsi istiqamətində əməkdaşlığımız baş tutmuşdur.

ALİ TƏHSİL İNFORMASİYA SİSTEMİ

"Layihənin əsas məqsədi: Ölkə daxilində yerləşən bütün ali təhsil və kollec müəssissələrinin işçiləri (həmçinin, Təhsil Nazirliyi və digər təhsil müəssisələri) üçün vahid məlumat bazasını yaratmaqdır.

Bu genişmiqyaslı layihənin yaradılması, tələbə borcları və ödənişləri ilə bağlı bütün məlumatları özündə saxlayan, müəssisələrin ünvanından başlayaraq akkreditasiya prosesinin də daxil olduğu fəaliyyət istiqamətləri ilə əlaqəli bütün məlumatları özündə toplayaraq qeyd olunan bütün həll yollarını həyata keçirir. Geniş sistem funksiyasına, akkreditasiya sorğusu üçün addım-addım yoxlama sistemi və təsdiq edilmiş elektron imza daxildir.



Əlaqə

Azərbaycan Respublikası,

Bakı ş., Badamar plaza, Hacı Murad küç., 1/1

T: (+994 12) 480-20-27

M: (+994 51) 250-95-40

М: (+994 50) 225-53-20

info@profit.az

Layİhə sİfarİş etmək