Məktəbəqədər və məktəb təhsİlİ proqramını əhatə edən, ölkəmİzdə yaradılmış İlk maarİfləndİrİcİ dİstant təhsİl portalı - Alimok.com

Alimok uşaq portalı - Professional IT şirkətinin layihəsidir. İxtisaslaşmış mütəxəssilərin: proqramistlərin, müəllimlərin, metodistlərin, psixoloqların və dizaynerlərin iki illik işinin nəticəsidir. Layihəmizin tədris proqramı, 3-10 yaşlı uşaqlar üçün 12.000-dən çox öyrədici və inkişaf etdirici tapşırıqları özündə cəmləmişdir.

Tədris proqramına daxil olan materialların oyun formasında təqdim edilərək, yeni biliklərə yiyələnməkdə faydalı olan interaktiv və əyləncəli təhsil resursu uşaqların uğurlu inkişafı üçün hazırlanmışdır.

Bu portal geniş funksionallığa, yüksək səviyyəli təhlükəsizliyə, intuitiv və istifadəçiyə yaxın interfeysə görə fərqlənir.

Sayt müxtəlif fənlər üzrə bir neçə bölməni əhatə edir. Hər düzgün cavab uşağa müəyyən bal əldə etmək şansı verir. Bu balların toplamı uşağa reytinq cədvəlində yüksəlməyə imkan yaradır. Qələbə uşaqlara medal, sertifikat və kubok şəklində mükafat gətirir və bu onun gələcək nailiyyətlərinə və yeni məlumatlar əldə etməsinə həvəs yaradır. Alimok təhsil portalı yalnız əyləncə xarakterli deyil, həm də informativ məlumatları özündə cəmləmişdir.

Əlaqə

Azərbaycan Respublikası,

Bakı ş., Badamar plaza, Hacı Murad küç., 1/1

M: (+994 51) 250-95-40

М: (+994 50) 225-53-20

info@profit.az

Layihə sifariş etmək