Komandamız 5-6 ildir ki, bu vacib və genişmiqyaslı layihənin həyata keçirilməsinə böyük həvəslə yanaşır. Hər il 100 mindən çox sorğunu qəbul edən dövlət və sosial əhəmiyyətli layihənin həyata keçirilməsi - bizə olan etimadın təzahürüdür, bununla belə biz böyük məsuliyyət daşıyırıq.
Layihənin reallaşdırılması zamanı proqramlaşdırma və təhlükəsizlik sahəsində yeni işləmələr və standartlar nəzərə alınmışdır. Saxlanılan və ötürülən məlumatların təhlükəsizliyini təmin etmək vəzifəsi "Professional IT" şirkəti üçün əsas vəzifələrdən biridir. İnkişaf etmiş sistem irihəcmli məlumatların saxlanılmasına, təsadüfən silinməkdən qorunmasına və etibarlı bir ehtiyat sisteminə malikdir.
Həllin tətbiqindən sonra Təhsil Nazirliyi öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və bütün məktəblərdə qəbul prosesinə nəzarət və monitorinq işinin effektivliyini artırmışdır. Bu cür uğurlu həll, həm də Ədliyyə Nazirliyi və IAMAS dövlət xidmətlərinə, eləcə də sms-bildiriş sisteminə qoşulma sayəsində mümkün olmuşdur.
Qəbul sistemi şərti olaraq üç hissədən ibarətdir:
vətəndaşlar üçün istifadəçi interfeysi;
məktəb və liseylər üçün bölmə;
Bakı şəhər Təhsil İdarəsinin işçiləri üçün əlçatan daxili idarəetmə sistemi.
İstifadəçi interfeysinin həyata keçirilməsi prosesində biz, şagirdlərin məktəbə qeydiyyat proseduruna müxtəlif əhali qrupunun (yaşa görə, kompüter savadı səviyyəsinə görə və s. ) cəlb olunduğunu nəzərə almışıq. Bu səbəbdən biz intuitiv anlaşılan, münasib və istifadə qaydası asan olan məhsul yaratmağa çalışdıq.
Məsələn, şagird və valideynin ümumi qeydiyyat prosesi cəmi 3-4 sahənin doldurulmasından ibarətdır. Bu cür qeydiyyat, həm də Ədliyyə Nazirliyi və IAMAS dövlət xidmətlərinə, eləcə də sms-bildiriş sisteminə qoşulma sayəsində mümkün olmuşdur.
Qeydiyyat və parolun bərpası
Pasport məlumatlarının avtomatik alınması (IAMAS)
SMS və E-mail vasitəsilə bildirişlər
Məktəb işarələri ilə interaktiv xəritə. Tip, sektor və rayona görə məktəb seçimi
Daxili bildirişlər və ipucları
İmtahanlara və hazırlıq qruplarına yazılış
Administrasiya ilə ünsiyyət üçün daxili çat
Fərdi məlumatların redaktəsi
Nəticə və qəbul prosesinin statusu
Onlayn rejimdə boş yerlər göstərilməklə interaktiv məktəb xəritəsi
Sinif və proqnozların formalaşdırılması
Valideynlər və uşaqlar üzrə axtarış
Müsahibələrin nəticələrinin modulu
Statistika, hesabatlar və proqnozlar
Alternativ təhsil formalarının idarəetməsi
Vəzifə və hüquqların məhdudlaşdırılması
Məktəb və liseylərin idarəetməsi
Məktəbəqədər hazırlıq
Gündəliyə daxil edilmə sistemi və fəaliyyət jurnalı
İllər üzrə arxivləşdirmə sistemi
Lisey və gimnaziyalarda müsahibələrin idarəetməsi
Həllin tətbiqindən sonra Təhsil İdarəsi öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmiş və bütün məktəblərdə qəbul prosesinə nəzarət və monitorinq işinin effektivliyi artmışdır. Sistemdə bütün hərəkətlər gündəliyə daxil edilir və fəaliyyət jurnalına yazılır, bununla da istifadəçi və məktəb direktorlarının bütün addımları öyrənməsi əlçatan olur. Eyni zamanda administrasiya lisey və gimnaziyalarda müsahibələrin tarixi və nəticələri barədə məlumat alır.
İdarənin işçiləri məktəblərin onlayn rejimdə doldurulması tempini izləmək imkanına malikdirlər. (interaktiv xəritənin köməyi ilə) Bu isə onlara vəziyyətdən asılı olaraq düzəlişlər etməyə, çoxlu sayda müxtəlif hesabat və statistik hesablamalar aparmağa, dəqiq məlumatlara əsaslanaraq planlaşdırmağa imkan yaradır.
Layihənin reallaşdırılması zamanı proqramlaşdırma və təhlükəsizlik sahəsində yeni işləmələr və standartlar nəzərə alınmışdır. Saxlanılan və ötürülən məlumatların təhlükəsizliyi ilə bağlı vəzifə şirkətimizin əsas öhtəliklərindən biridir. Hazırlanmış sistemin etibarlı SSL-sertifikatı, məlumatların çoxmərhələli keşlənməsi, təsadüfi pozulmadan müdafiə, etibarlı ehtiyat köçürmə sistemi vardır.
Azərbaycan Respublikası,
Bakı ş., Badamar plaza, Hacı Murad küç., 1/1
T: (+994 12) 480-20-27
M: (+994 51) 250-95-40
М: (+994 50) 225-53-20