qebul.edu.az

Təhsil Nazirliyi və tabeçiliyində olan müəssisələrdə vətəndaşların qəbulu və qəbul nəticələrinin monitorinqi üzrə sistem.

"Professional IT" şirkətinin qarşısına görüşlərin nəticələrini izləmək, vətəndaşların yekun və prosesdən məmnunluq dərəcəsini müəyyən etmək imkanı ilə vətəndaşların Təhsil Nazirliyinin tabeçiliyində olan müəssisələrə mərkəzləşdirilmiş və müasir qəbul sisteminin yaradılmasına dair maraqlı və mürəkkəb vəzifə qoyulmuşdu.

İlk addım nazirliyin bu sahədə cari biznes-proseslərinin ətraflı öyrənilməsi və təhlili olub.

İkinci mərhələdə biz bütün əlaqədar və prosesə cəlb olunmuş tərəflərin şərhlərini almağa çalışdıq: vətəndaşların, operatorların və vətəndaşların qəbulu üzrə Mərkəzin digər əməkdaşlarının, müəssisələrin nümayəndələrinin.

Üçüncü missiya - məhz hansı biznes-proseslərini avtomatlaşdırmaq lazım olduğunu və bunun həyata keçirməsi yolunu təsvir etdiyimiz texniki tapşırığın ətraflı hazırlanmasıdır.

Sİstem İşİnİn ümumİ sxemİ

Qəbulların sİstemləşdİrİlməsİ və nəzarətİ

Tətbiq edilən sistem vətəndaşların Təhsil Nazirliyinə tabe olan müəssisələrinə (300-dən çox müəssisə) qəbuluna dair ərizələrin bütün qeydiyyat prosesini asanlaşdırdı və sistemləşdirdi. Bu həll qəbulun müddəti və nəticələrini mərkəzləşdirilmiş şəkildə bölüşdürmək, izləmək və nəzarət etmək imkanı verdi. Məsələnin həllinə hərtərəfli və inteqrasiyalı yanaşma Nazirliyin vətəndaşların qəbulu üzrə Mərkəzin inzibati resursuna yükünü xeyli azaltmağa və bir çox gündəlik biznes-proseslərini avtomatlaşdırmağa imkan verib.

Vətəndaşlar üçün bİldİrİşlər və əks əlaqə

Sistem yüksək dərəcəli interaktivliklə fərqlənir və prosesin əsas mərhələlərində istifadəçilərlə əks əlaqə qurur. Belə ki, qəbulun təyin olunduğu an istifadəçi qəbul vaxtı və yeri göstərilməklə sms-mesaj alır. Bundan başqa, qəbul başa çatdıqdan sonra vətəndaşların qəbulu üzrə Mərkəzin operatoru istifadəçi ilə əlaqə saxlayıb qəbulunun yekunları ilə bağlı onun məmnunluq dərəcəsini dəqiqləşdirir. Söhbətin nəticələri sistemə daxil edilir və emal və təhlil üçün açıq olur. Belə yanaşma vətəndaşların qəbulu və onların problemlərinin həlli işində mövcud texniki imkanlardan maksimal dərəcədə səmərəli istifadə etməyə imkan verir.

Sİstemİn tətbİqİnİn bəzİ nətİcələrİ

  • Müntəzəm biznes-proseslər tamamilə avtomatlaşdırılıb və optimallaşdırılıb

  • İşlənmiş sorğuların sayı zaman vahidi üzrə 3 dəfədən çox artmışdır

  • Vətəndaşlar qəbulun tarixi və yeri barədə SMS-bildiriş almağa başladılar

  • Vahid baza vətəndaşın müxtəlif vaxtlarda, müxtəlif müəssisələrdə keçdiyi bütün qəbulları haqqında məlumatı sistemləşdirdi və birləşdirdi

  • Vətəndaşlar qəbulun nəticələri haqqında öz fikirlərini söyləmək imkanını qazandılar

  • Qəbul günlərinin cədvəlinin elektron modulu müəssisələrin və qəbul edən şəxslərin yüklərini izləməyə və yüngülləşdirməyə imkan vermişdir

  • Nazirlik sistemin topladığı böyük həcmdə statistik məlumatı və onun emalı üçün nəzərdə tutulmuş alətləri əldə edib.

Əlaqə

Azərbaycan, Bakı ş., Ə. Orucəliyev küç. 24a

Т: (+994 12) 567-12-31

М: (+994 70) 669-97-98, (+994 70) 497-83-90

info@profit.az

Layİhə sİfarİş etmək