"PROF-CMS" v 6.2 kontentİn İdarəetmə sİstemİ

Professional IT şirkəti sayt və layihələri öz kontent idarəetmə sistemi (“PROF-CMS”) əsasında hazırlayır. Sistemin cari versiyası geniş funksional, yüksək təhlükəsizlik səviyyəsi, intuitiv-anlaşılan və rahat interfeyslə fərqlənir.

PROF-CMS - böyük mütəxəssislər komandasının 6 ildən artıq davam edən bilik və təcrübəsinin tətbiqinin nəticəsidir. PROF-CMS daima genişlənən sistemdir. Biz təcrübələrimizə əsasən, yeni ideyalar və imkanları tətbiq edərək funksionalı təkmilləşdirib və genişləndiririk. Eyni zamanda, biz müştərilərimiz tərəfindən çoxlu sayda rəy və təkliflər alırıq. Ona görə də biz əminik ki, bizim CMS zamanın tələblərinə və standartlarına cavab verir.

PROF-CMS idarəetmə sistemi “qutu” məhsulu deyil, hər bir layihəyə ayrıca yanaşılaraq, sifarişçinin tələb və ehtiyacları əsasında fərdi tənzimləmə imkanlarına malikdir.

Rahat və İntuİtİv anlaşılan İnterfeys

Biz uzun illər ərzində interfeysin təkmilləşdirilməsi və istifadədə rahatlığın optimallaşdırılması ilə məşğul olmuşuq. Bu gün PROF-CMS - geniş auditoriya üçün saytla işi xeyli asanlaşdırmağa imkan verən rahat, intuitiv anlaşılan sistemdir.

Drag&Drop sİstemİ

İdarə panelində Drag&Drop sistemi reallaşdırılmışdır. Yəni, bir çox hərəkətlər, məsələn, fotoşəkillərin çeşidlənməsi, yerləşdirilməsi və s. mausun köməyi ilə yerinə yetirilir.

Funksİonallıq

Məlumatların yüklənməsi və saytın tənzimlənməsi üçün əksər imkanlar FTP üzrə, serverə qoşulmadan, idarə panelindən mümkündür.

İstİfadə üzrə hüquqların məhdudlaşdırılması

PROF-CMS-də Siz, ixtiyari sayda istifadəçi və rollar yarada bilərsiniz. Hər bir istifadəçinin saytın mümkün bölmələrini görmək və işləmək hüququ vardır.

Təsadüfİ pozulmadan müdafİə

Sistemdə informasiyanın təsadüfi pozulmasından müdafiə reallaşdırılıb. Elementlər həmin an pozulmur, sadəcə səbətə köçürülür, səbətdən də onları bərpa etmək mümkündür.

Çoxdİllİlİk

İdarə interfeys paneli Azərbaycan, ingilis və rus dillərindədir. Sifarişçinin tələbi ilə digər dilləri qoşmaq imkanı da vardır.

İstİfadəçİlərİn dəstəklənməsİ

Proqram məhsulundan savayı istifadəçilər bizim mütəxəssislər tərəfindən məsləhət və texniki yardım alırlar.

SEO Optİmallaşma

PROF-CMS - sizin saytın SEO optimallaşdırılması üçün geniş funksionala malikdir. Semantik URL və başlıqların operativ tənzimləməsi, keywords, description, title-ların avtomatik generasiyası (manual düzəltmə imkanı ilə), saytın xəritəsinin avtoformalaşması.

Əlaqə

Azərbaycan Respublikası,

Bakı ş., Badamar plaza, Hacı Murad küç., 1/1

M: (+994 51) 250-95-40

М: (+994 50) 225-53-20

info@profit.az

Layİhə sİfarİş etmək