Bakı şəhərİnİn məktəb və lİseylərİnİn bİrİncİ sİnfİnə şagİrd qəbulunun elektron sİstemİ

Təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin spektrini genişləndirmək və məktəb kontingentinin uçot sistemini təkmilləşdirmək məqsədilə Bakı şəhərinin məktəb və liseylərinin birinci sinfinə şagird qəbulu üzrə elektron sistemin yaradılmasına zərurət yaranıb.

«Professional IT» şirkəti belə bir mühüm və böyükmiqyaslı tapşırığın icrasına böyük şövqlə yanaşdı. 50 mindən çox adamın cəlb olunduğu dövlət və sosial əhəmiyyətli layihənin həyata keçirilməsi - bizə olan etimadın təzahürüdür, bununla belə bizim üzərimizə böyük məsuliyyət qoyulur.

Asan və İntuİtİv anlaşılan İnterfeys

Qəbul sistemi şərti olaraq üç hissədən ibarətdir: vətəndaşlar üçün istifadəçi interfeysi, məktəb və liseylər üçün bölmə və Bakı şəhər Təhsil İdarəsinin işçiləri üçün əlçatan daxili idarəetmə sistemi.

İstifadəçi interfeysinin həyata keçirilməsi prosesində biz, şagirdlərin məktəbə qeydiyyat proseduruna müxtəlif əhali qrupunun (yaşa görə, kompüter savadı səviyyəsinə görə və s. ) cəlb olunduğunu nəzərə almışıq, bu səbəbdən biz intuitiv anlaşılan, münasib və istifadə qaydası asan olan məhsul yaratmağa çalışdıq. Məsələn, şagird və valideynin bütün qeydiyyat prosesi cəmi 3-4 sahənin doldurulmasından ibarət idi. Bu cür qeydiyyat ,həm də Ədliyyə Nazirliyi və IAMAS dövlət xidmətlərinə, eləcə də sms-bildiriş sisteminə qoşulma sayəsində mümkün olmuşdur.

İstiİfadəçİ İnterfeysİnİn funksİyaları və modulları

Qeydiyyat və parolun bərpası

Pasport məlumatlarının avtomatik alınması (IAMAS)

SMS və E-mail vasitəsilə bildirişlər

Məktəb işarələri ilə interaktiv xəritə. Tip, sektor və rayona görə məktəb seçimi

Daxili bildirişlər və ipucları

İmtahanlara və hazırlıq qruplarına yazılış

Administrasiya ilə ünsiyyət üçün daxili çat

Fərdi məlumatların redaktəsi

Nəticə və qəbul prosesinin statusu

Daxİlİ İdarəetmə sİstemİnİn funksiyaları və modulları

Onlayn rejimdə boş yerlər göstərilməklə interaktiv məktəb xəritəsi

Sinif və proqnozların formalaşdırılması

Valideynlər və uşaqlar üzrə axtarış

Müsahibələrin nəticələrinin modulu

Statistika, hesabatlar və proqnozlar

Alternativ təhsil formalarının idarəetməsi

Vəzifə və hüquqların məhdudlaşdırılması

Məktəb və liseylərin idarəetməsi

Məktəbəqədər hazırlıq

Gündəliyə daxil edilmə sistemi və fəaliyyət jurnalı

İllər üzrə arxivləşdirmə sistemi

Lisey və gimnaziyalarda müsahibələrin idarəetməsi

Təhsİl İdarəsİ üçün həllİn tətbİqİnİn nətİcələrİ

Həllin tətbiqindən sonra Təhsil İdarəsi öz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib və bütün məktəblərdə qəbul prosesinə nəzarət və monitorinq işinin effektivliyi artırmışdır. Sistemdə bütün hərəkətlər gündəliyə daxil edilir və fəaliyyət jurnalına yazılır, bununla da istifadəçi və direktorların (məktəb) bütün addımları öyrənmə üçün əlçatan olur. Eyni zamanda administrasiya lisey və gimnaziyalarda müsahibələrin tarixi və nəticələri barədə məlumat alır.

İdarənin işçiləri məktəblərin onlayn rejimdə doldurulması tempini izləmək imkanına malikdirlər (interaktiv xəritənin köməyi ilə), bu isə onlara vəziyyətdən asılı olaraq düzəlişləri etməyə imkan yaradır. Çoxlu sayda müxtəlif hesabat və statistik hesablamalar həmişə "böyük mənzərə"ni dəqiq görməyə və bu məlumatlara əsaslanaraq öz hərəkətlərini planlaşdırmağa imkan verir.

Təhlükəsİzlİk və etİarlılıq

Layihənin reallaşdırılması zamanı proqramlaşdırma və təhlükəsizlik sahəsində yeni işləmələr və standartlar nəzərə alınıb. Saxlanılan və ötürülən məlumatların təhlükəsizliyi ilə bağlı vəzifə əsas vəzifələrdən biridir. Hazırlanmış sistemin etibarlı SSL-sertifikatı, məlumatların çoxmərhələli keşlənməsi, təsadüfi pozulmadan müdafiə, etibarlı ehtiyat köçürmə sistemi var.

Əlaqə

Azərbaycan, Bakı ş., Ə. Orucəliyev küç. 24a

Т: (+994 12) 567-12-31

М: (+994 70) 669-97-98, (+994 70) 497-83-90

info@profit.az

Layİhə sİfarİş etmək