Şİrkət haqqında

"Professional IT” şirkəti - müasir biznes üçün yeni informasiya texnologiyaları və proqram təminatının işlənməsi sahəsində effektiv həll yollarının təchizatçısıdır.

Komandamız - təcrübəli proqramçılar, layihə menecerləri və ixtisaslaşmış mühəndislər kollektividir.

Şirkətimiz 2010-cu ildə təsis edilmişdir. Şirkətin fəaliyyət göstərdiyi dövr ərzində biz, 100-dən çox layihə həyata keçirərək istifadəyə vermişik. Çoxlu sayda müştəri ilə əməkdaşlıq quraraq, işimizin bütün mərhələlərində əsaslandığımız peşəkar prinsiplər və standartlar kompleksini hazırlamışıq.

Professional İT komandası olaraq biz, müştərilərimizə işlərini yeni səviyyəyə qaldırmaqlarına imkan verən proqram təminatlarının hazırlanmasına, dizaynına, inkişafına və tətbiqinə kömək edirik. Təklif etdiyimiz həll üsulları bir çox dövlət qurumlarında, maliyyə sektorlarında, sənaye müəssisələrində və özəl sektorlarda istifadə olunur.

Bİz, müştərİlərİmİzə öz bİzneslərİnİ yenİ səvİyyəyə qaldırmaqlarına İmkan verən proqram təmİnatlarının hazırlanmasına, dİzaynına, İnkİşafına və tətbİqİnə kömək edİrİk.

Bu səbəbdən, biz əminliklə deyə bilərik ki, hal-hazırda şirkətimiz, iri həcmli veb tətbiqetmələrin və proqram təminatı xidmətlərinin həyata keçirilməsindən başlayaraq, təşkilatların iş proseslərinin avtomatlaşdırılmasına qədər istənilən mürəkkəblikdə olan layihəni hazırlayıb təqdim etmək potensialına malikdir.

İşimizdə ən son veb üsullar, texnologiyalar və texnikalardan istifadə edirik. İnternet texnologiyaları sahəsində yenilikləri daim izləyirik və ən müasir metodları layihələrimizdə tətbiq edirik.

"Professional IT" komandası yeni tanışlıqlara və görüşlərə həmişə şaddır. Sifarişçilərimizin əksəriyyəti bizim dost və uzun müddətli tərəfdaşlarımız olur və biz belə bir əməkdaşlığı dəstəkləyib daha da gücləndirməyə şadıq.

Xİdmətlərİmİz

  • B2C, B2B veb-həllərİ

    Sayt, portal və intranet-saytların yaradılması.

  • CMS, CRM, ERP sİstemlərİ və veb-utİlİtlərİn yaradılması

    Ağır yüklü veb-utilitlər və SaaS-servislərin hazırlanması. Təşkilatların biznes-proseslərinin avtomatlaşdırılması.

  • Mobİl appların və oyunların hazırlanması

    Veb, nativ və hibrid proqramların iOS və Android üçün hazırlanması. Veb-appların mobil platformaya adaptasiya və optimallaşdırılması.

  • Tətbİqİ proqramlaşdırma

    İstənilən mürəkkəblikdə və miqyasda desktop proqramlarının hazırlanması

  • Banner və təqdİmatların hazırlanması

    Html5 и Adobe Flash texnologiyalarından istifadə etməklə banner və təqdimatların hazırlanması.